Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
“BelTA”nın xəbərinə görə, ABŞ Belarusun bank aktivlərinin dondurulmasının aradan qaldırılması və geri qaytarılması məsələsi ilə bağlı “Citibank”a müraciət edib. Bu barədə Ağ Evin xüsusi nümayəndəsi Con Koul Minskdə keçirilən görüşdə ölkə lideri Aleksandr Lukaşenkoya məlumat verib: “Mən sizin tələblərinizi tam dəstəkləyirəm. Əslində, tamamilə haqlısınız. Bu vəsaitlərin dondurulması aradan qaldırılmalı və onlar geri qaytarılmalıdır. Biz bankdan həmin aktivlərin dondurulmasını dayandırmağı xahiş etmişik. Hazırda bunun həyata keçirilməsi mexanizmi üzərində işləyirik”.
XQ