ABŞ bəyan etdi: Bakı və İrəvanla istənilən formatda...

03.01.2025

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ştatlar tərəflərin razılığa gəlməyə üstünlük verdiyi istənilən formatda Bakı və İrəvanla işləməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən “Amerikanın Səsi”nə bildirilib.

“Birləşmiş Ştatlar hökuməti Ermənistan və Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyi və rifahı üçün vacib olan uzunmüddətli və şərəfli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləyir. Biz hər iki tərəfin irəliləyiş əldə edə biləcəkləri barədə razılığa gələ bildiyi istənilən formatda işləməyə hazırıq”, - Dövlət Departamenti qeyd edib.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью