ABŞ bir neçə İran rəsmisinə qarşı yeni sanksiyalar tətbiq edib

31.01.2026

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Sanksiya tətbiq edilənlər arasında daxili işlər naziri də var

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın daxili işlər naziri İskəndər Momeni də daxil olmaqla bir neçə İran rəsmisinə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar siyahısına iranlı investor Babək Zəncani də daxildir. Qeyd edilib ki, o həbsdən azad edildikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və dövlət qurumlarının fəaliyyətini dəstəkləyən layihələri maliyyələşdirib.

Bundan əlavə, OFAC ilk dəfə olaraq Zəncani ilə əlaqəli iki kriptovalyuta birjasını müəyyən edib ki, bunlardan SEPAH üçün külli miqdarda vəsait yönəltməkdə istifadə edildiyi iddia olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью