ABŞ bir sentlik sikkələr buraxmayacaq Tramp

10.02.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Maliyyə Nazirliyinə zərb edilmə dəyərinin yüksək olması səbəbindən nominal dəyəri 1 sent olan sikkələrin buraxılışını dayandırmağı əmr edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Truth Social” şəbəkəsində yazıb.

Tramp ABŞ-də büdcə vəsaitlərinin məqsədəuyğun olmayan şəkildə xərclənməsinin dayandırılmasının vacibliyinə bir daha diqqət çəkib.

"Birləşmiş Ştatlar uzun müddətdir ki, hər biri bizə 2 sentdən baha başa gələn pennilər zərb edir. Bu, çox israfçılıqdır! Mən ABŞ-nin maliyyə naziri Skott Bessentə yeni pennilərin buraxılışını dayandırmağı tapşırdım", - o yazıb.

Amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə idarə yanvarın 21-də “X” sosial şəbəkəsində 1 sentlik sikkələrin buraxılışının 3 sentdən baha başa gəldiyini bildirib.

İdarənin məlumatına görə, 2023-cü maliyyə ilində ölkədə 4,5 milyarddan çox belə sikkə zərb edilib. Bu, amerikalı vergi ödəyicilərinə 179 milyon dollara başa gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью