Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp fond bazarının kəskin şəkildə aşağı düşməsinə görə məsuliyyətin Demokratlar Partiyasının və son seçkilərin nəticələrinin üzərinə düşdüyünü bildirib.
Donald Tramp qeyd edib ki, Amerika fond birjaları öz tarixinin ən pis günlərindən birini yaşayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. “Seçkilərin nəticələrinə görə fond bazarı tarixinin ən pis günlərindən birini yaşadı. Buna baxmaq çox kədərlidir! Əvvəllər heç kimin görmədiyi səviyyəyə çatmağımız üçün çox səy tələb olunurdu və sonra bu baş verdi. Pensiya əmanətləriniz müvafiq olaraq azaldılıb.
Unutmayın: bu, respublikaçıların deyil, axmaqların (Demokratların) günahıdır”, -deyə ABŞ Prezidenti qeyd edib. Eyni zamanda, Tramp amerikalıları təşvişə düşməməyə çağırıb və fond bazarının çökməsinə baxmayaraq, ABŞ-nin tezliklə, bu və ya digər şəkildə, əvvəlkindən daha böyük və güclü olacağını vəd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin