Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə ABŞ Prezidenti Donald Trampın qlobal sülh gündəliyinin təmin edilməsi ilə bağlı seçkiqabağı vədlərinə əməl etməsini gözləyir.
Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri çərçivəsində onu müşayiət edən jurnalistlərə söyləyib.
Türkiyə liderinin sözlərinə görə, Ağ evin yeni rəhbərinin addımları müharibəyə deyil, sülhə xidmət etməlidir.
Ərdoğan Yaxın Şərqdəki vəziyyətə diqqət çəkərək, “Mən etdim, belə də olacaq” prinsipinin regionda işə yaramayacağını vurğulayıb.
“Qəzza sektorunda hazırkı vəziyyət həqiqətən də çox həssas və qarışıqdır.
Buna görə də münaqişənin ədalətli həlli yollarının təmin edilməsi istiqamətində atılacaq addımlar üstünlük təşkil etməlidir.
Bu, fələstinlilərin hüquqlarının müdafiəsi üçün vacib amildir”, - deyə Türkiyə Prezidenti söyləyib və Ankaranın Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin əldə edilməsi ilə bağlı çağırışlarını xatırladıb.