ABŞ BMT nin Rusiya əleyhinə qətnamə layihəsini geri götürməyə çağırıb

24.02.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Ştatlar BMT Baş Assambleyasının fevralın 24-də səsvermə keçirəcəyi Aİ və Ukraynanın müəllifi olduğu Rusiya əleyhinə qətnamə layihəsini geri götürməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Rəsmilər bildiriblər ki, qarşıdurma BMT Təhlükəsizlik Şurasına çata bilər və burada ABŞ Rusiya və Çinin yanında ola bilər”, - deyə nəşr yazıb.

Qəzetin yazdığına görə, Kiyev və Aİ Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnamə layihəsi hazırlayıb. BMT Baş Assambleyası fevralın 24-də bununla bağlı səsvermə keçirməlidir. ABŞ qətnamənin geri götürülməsinə çağırıb və öz mətnini təklif edib. O, “Ukraynanın hərəkətlərini Rusiyanın hərəkətləri ilə eyniləşdirir” və “Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə zamanı faciəli itkilərə” görə təəssüfləndiyini bildirir.

Qeyd olunur ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurası da ABŞ-ın qətnamə layihəsinə səs verməyə çıxaracaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью