ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyub

20.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Qəzza zolağında atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini bloklayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qətnamədə atəşkəs, girovların dərhal azad edilməsi və mülki əhaliyə humanitar yardımın göstərilməsi tələb olunurdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью