ABŞ BMT TŞ nin Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoyacaq KİV

04.06.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Birləşmiş Ştatlar Qəzza zolağında dərhal atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoymaq niyyətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.

“ABŞ İsraili məlumatlandırıb ki, BMT Təhlükəsizlik Şurasının bu gün səsverməyə çıxarılması gözlənilən Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyacaq”, - Ravid “X” səhifəsində yazıb.

Qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü hazırlayıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью