ABŞ bölgədəki hərbi bazalarını geri çəkir İran

24.11.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


ABŞ müharibə zamanı zədələnmiş və əməliyyat baxımından istifadəyə yararsız hala düşmüş bəzi hərbi bazalarını daha ucqar yerlərə köçürməyə çalışır.

"Bakupost" xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi general-mayor Əli Abdullahi bildirib.

Abdullahi Bəsic lideri Hüseyn Taib ilə görüşdə qeyd edib ki, ABŞ əməliyyat zamanı xeyli itki verib: "Yararsız hala düşmüş bazalarını daha uzaq yerlərə köçürməyə çalışır. Bu addımlar İranın təhdidlərə qarşı mövqeyinə təsir etməyəcək. Harada yerləşdirilməsindən asılı olmayaraq, həmin bazalar İranın hədəfi olacaq".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью