ABŞ bombalarının ilk partiyası İsrailə çatdı

16.02.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın MK-84 ağır bombalarının ilk partiyası dəniz yolu ilə İsrailə çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu yaxınlarda ABŞ hökuməti tərəfindən təsdiqlənmiş ağır aviasiya bombaları İsraildə qəbul edilib. MK-84 ağır bombaları daşıyan gəmi Aşdod limanında boşaldılıb. Sursat onlarla yük maşınına yüklənərək İsrail Hərbi Hava Qüvvələrinin bazalarına daşınıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayında imzaladığı sərəncamla MK-84 bombalarının İsrailə tədarükünə qoyulan qadağanı ləğv etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью