ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

05.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 5 oktyabr, AZƏRTAC

ABŞ Hərbi Hava Qüvvələri Böyük Britaniyadakı “RAF Fairford” aviabazasında yerləşdirilən bütün bombardmançı təyyarələrini ABŞ-dəki daimi bazalarına qaytarıb.

AZƏRTAC xəbər verir ki, Pentaqon nümayəndəsi bunu “CBS News”a təsdiqləyib. Qərar bazanın yaxınlığında baş verən təhlükəsizlik insidentindən sonra verilib.

Sentyabrın 27-də “RAF Fairford” yaxınlığında terror aktı hazırlamaqda və partlayıcılarla bağlı qanun pozuntularında şübhəli bilinən beş Britaniya vətəndaşı saxlanılıb. Onların hamısı 20 yaşlarında və London sakinləridir. Şübhəlilər sonradan girov müqabilində sərbəst buraxılıblar.

“RAF Fairford” bazasından ABŞ bombardmançıları İrana qarşı zərbələr endirmək üçün istifadə olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью