ABŞ Britaniyada F 35 qırıcılarının sayını artıracaq

06.04.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

ABŞ Hərbi Hava Qüvvələri “F-35 Lightning II” beşinci nəsil döyüş təyyarələrindən ibarət ikinci eskadrilyanı Böyük Britaniyadakı Leykenhit bazasında yerləşdirməyi planlaşdırır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsinin məlumatında deyilir.

ABŞ-nin Avropa Komandanlığının rəhbəri general Kristofer Kavolinin komitəyə verdiyi yazılı açıqlamaya görə, ikinci F-35 eskadronu bu yay bazada yerləşəcək və payızda tam əməliyyat qabiliyyətinə çatacaq.

Leykenhitdə hazırda tam komplektləşdirilmiş bir F-35 eskadrilyası, eləcə də iki “F-15E Strike Eagles” eskadrilyası var.

Qeyd olunur ki, iki F-35 eskadrilyası ümumilikdə 52 təyyarədən ibarət olacaq. Keçən il F-35 qırıcıları 50 kilotondan çox gücə malik B61-12 nüvə bombalarını daşımaq üçün sertifikat alıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью