ABŞ bu agentliyə yalan yayması üçün milyonlar ödəyib

13.02.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ hökuməti böyük sosial yalan üçün “Röyters”ə milyonlarla dollar ödəyib. Bu, sözün əsl mənasında satınalma sifarişində yazılıb!

Axar.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask deyib.

O, agentliyin Pentaqondan “genişmiqyaslı sosial mühəndislik” proqramı üçün 9 milyon dollar aldığını bildirən yazıya belə münasibət bildirib.

Vəsaitlər ABŞ Müdafiə Nazirliyi tərəfindən 2018-2022-ci illər arasında “kibermüdafi xərci” maddəsi üzrə ayrılıb.

Qeyd edək ki, ötən həftə Mask ABŞ hökumətinin “Politiko”, “Nyu York Tayms” və “Assoşeyted Press” nəşrlərini bundan sonra maliyyələşdirməyəcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью