ABŞ bu Avropa ölkəsi ilə iki mühüm saziş imzaladı

30.10.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Mərkəzi və Şərqi Avropa ölkələrinə mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edəcək.

Axar.az xəbər verir ki, bununla bağlı Vaşinqtonda Macarıstanın xarici işlər naziri Anita Orbanla ABŞ Dövlət katibi Marko Rubio arasında keçirilən görüşdən sonra saziş imzalanıb.

Məsələ barədə danışan Orban iki vacib əməkdaşlıq sazişinin imzalandığını söyləyib:

Onun sözlərinə görə, tərəflər iki mühüm əməkdaşlıq sənədi imzalayıblar:

“Təbii qaz və xam neftin tədarükü üçün regional infrastrukturun inkişafı sahəsində əməkdaşlığımızı gücləndiririk. İkinci saziş isə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsini əhatə edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью