ABŞ bu neft qaçaqmalçılığı şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir

22.07.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ Maliyyə Nazirliyi neft məhsullarının qaçaqmalçılığı və husilər üçün çirkli pulların yuyulması ilə məşğul olan iki fiziki və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bakupost.az xəbər verir ki, məhdudiyyətlər Yəmən və BƏƏ-də fəaliyyət göstərən şirkət və şəxslərə şamil edilib.

Qurumun məlumatına görə, məhdudiyyətlərə məruz qalan qurumlar husilərə gəlir və beynəlxalq maliyyə sisteminə çıxış təmin edən neft məhsullarının ən böyük idxalçıları sırasındadır.

“Husilər neft idxalından böyük gəlirlər əldə etmək və onların terror fəaliyyətlərini dəstəkləmək üçün şəxsi maraqları olan iş adamları ilə əməkdaşlıq edirlər. Bu kölgə şəbəkələri husi terror maşınının əsasını təşkil edir. ABŞ Maliyyə Nazirliyi bu cür sxemləri dayandırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”, - ABŞ maliyyə nazirinin müavini Maykl Folkender bildirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью