ABŞ bu ölkədə hərbçilərin sayını artıracaq və qoşun yeridəcək KONKRET

06.11.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Suriyanın Dəməşq şəhərindəki hava bazasında hərbi iştirakını artırmağı planlaşdırır.

KONKRET.az bildirir verir ki, bu barədə Reuters məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, Amerika tərəfi bazanın infrastrukturunu gücləndirməyə və personalın sayını artırmağa hazırlaşır. Mənbələr tədbirlərin ABŞ-ın bölgədəki kontingentinin “təhlükəsizliyini və əməliyyat imkanlarını artırmağa” yönəldiyini bildirirlər.

Pentaqon və ya ABŞ prezident administrasiyasından bu məsələ ilə bağlı hələlik rəsmi şərh verilməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью