ABŞ bu ölkədəki səfirliyini qismən boşaltmağı planlaşdırır: Regional təhlükəsizlik...

12.06.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ İraqdakı səfirliyini regional təhlükəsizlik riskləri ilə əlaqədar qismən təxliyə etməyə hazırlaşır.

Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" ABŞ və İraq mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr qərara hansı təhlükəsizlik risklərinin səbəb olduğunu açıqlamayıblar.

"Dövlət Departamenti xaricdəki amerikalı personalı mütəmadi olaraq nəzərdən keçirir və bu qərar son araşdırma nəticəsində qəbul edilib", - Ağ Evin sözçüsü Anna Kelli "Röyters"ə bildirib.

Ağ Ev rəsmisi ABŞ prezidenti Donald Trampın bu addımdan xəbərdar olduğunu əlavə edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью