ABŞ bu ölkədəki vətəndaşlarına xəbərdarlıq etdi

16.11.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Bəhreyndəki səfirliyi ölkədəki vətəndaşlarını İrandan və bölgədəki İranın dəstəklədiyi Husilərdən potensial hücum təhdidlərinə qarşı "yüksək hazırlıqlı" olmağa çağırıb.

Turkustan.az xəbər verir ki, səfirliyin yazılı açıqlamasında Bəhreyndə olan ABŞ vətəndaşlarının "İranın dəstəklədiyi Husi üsyançılarının silahlı hücumlarının artan təhdidləri və İranın bölgədəki ABŞ hökumət rəsmilərini və obyektlərini hədəf almaq cəhdləri" səbəbindən maksimum ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
Mümkün təhlükəsizlik xəbərdarlıqlarına, uçuşların ləğvinə, hava məkanının bağlanmasına və səyahət pozuntularına hazırlıqlı olmağa çağıran bəyanatda sərnişinlərə uçuş statuslarını birbaşa aviaşirkətlərlə yoxlamaları tövsiyə olunur.
Bəyanatda həmçinin İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanında mülki hava limanlarını və kritik infrastrukturu hədəf alan hücumlarının mülki şəxslər arasında itkilərə və ciddi səyahət pozuntularına səbəb olduğu xatırladılıb və gərginliyin sürətlə artması potensialına diqqət çəkilib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью