ABŞ bu ölkədən ordusunu tamamilə çıxarır

23.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

ABŞ Suriyadan qoşunlarının tamamilə çıxarılması ehtimalını nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, hazırda Suriyada təxminən 1000 ABŞ əsgəri var, onların əksəriyyəti şimal-şərqdə, bəziləri isə cənubdadır:

“Suriyada amerikalılar kürd qüvvələri (SDQ) ilə əməkdaşlıq ediblər. Onlar SDQ ilə birgə patrul və əməliyyatlar həyata keçiriblər. Əslində, ABŞ-ın Suriyadakı bütün səyləri İŞİD-in dirçəlişinin qarşısını almağa yönəlib. Lakin indi Suriya ordusu kürd milislərinə qarşı hücum aparır və onları bir çox obyektdən sıxışdırmağı bacarıb. ABŞ-a görə əsas müttəfiqlərinin faktiki olaraq məğlub edilməsindən sonra ordusunun orada qalması məntiqli deyil”.

Qeyd edək ki, Amerika qoşunları 2014-cü ildən bəri Suriyadadır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью