ABŞ bu ölkəyə 105 milyon dollarlıq Patriot satacaq

19.11.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Dövlət Departamenti Ukraynaya 105 milyon dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı avadanlıq və xidmətlərin satışına icazə verib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) satışla bağlı yazılı açıqlama yayıb.

Bildirilir ki, satış paketi Ukraynanın M901 buraxıcılarının M903 konfiqurasiyasına yüksəldilməsini, yerüstü dəstək avadanlıqları üçün müəyyən edilmiş ehtiyat yük siyahılarını, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistik dəstək elementlərini əhatə edir.

“Patriot” sistemləri ilə bağlı avadanlıq və xidmətləri əhatə edən paketin ümumi dəyərinin 105 milyon dollar olduğu qeyd edilən açıqlamada, layihənin əsas podratçılarının ABŞ mənşəli RTX Corporation və Lockheed Martin şirkətləri olacağı bildirilib.

Konqresə göndərilən silah satış təsdiqlərinə 15 günlük etiraz müddəti tanınır. Bu müddət ərzində konqresdən hər hansı bir etiraz gəlməzsə, silah satışı həyata keçirilmiş olur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью