Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Belçika müdafiə naziri Teo Franken ölkənin F-35 qırıcı təyyarələrinin sayının 16-ya çatdığını açıqlayıb.
Bu barədə o, X sosial şəbəkəsində yazıb.
"FL-014 bort nömrəli təyyarə Florenn aviabazasına enib. Bu, Florenn aviabazasında yerləşdiriləcək 8-ci F-35 və ümumilikdə Belçikanın indiyədək ABŞ-dən aldığı 16-cı təyyarədir”, - müdafiə naziri bildirib.
Belçika 2036-cı ilədək ABŞ-dən ümumilikdə 45 ədəd F-35 alacaq.
///teleqraf///