Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Yəməndə quru hərbi əməliyyatlar həyata keçirməyə hazırlaşır.
Ölkə.Az SABA agentliyinə istinadən xəbər verir ki, Yəmən xarici işlər naziri Camal Amir paytaxt Sənada BMT-nin Hudeydə Müqaviləsinə Dəstək Missiyası (UNMHA) rəhbərinin müavini Mari Yamaşita ilə görüşüb.
Görüş zamanı Amir ABŞ ordusunun Yəmənin qərbindəki Əl-Hudeyda şəhərindəki Ras İsa limanının hədəfə alınmasını hərbi cinayət əməli adlandırıb.
ABŞ-nin xüsusilə təmas zonaları və sahillərdəki hava hücumlarına diqqət çəkən Amir bildirib ki, bu ABŞ-nin Yəməndə qurudan hərbi əməliyyatlara hazırlaşdığını göstərir.
Onun fikrincə, ABŞ-nin başladacağı quru əməliyyatı bölgədə böhrana və vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. "Vəziyyətin nəzarətdən çıxmaması üçün BMT Baş katibi Antonio Quterreş mesaj göndəririk", - o qeyd edib.
Mürtəza
Ölkə.Az