ABŞ bu ölkəyə nüvə bombaları yolladı

21.07.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


ABŞ 17 ildən sonra ilk dəfə bir ölkədə nüvə bombaları yerləşdirib.

Bakupost.az Ajans.az-a istinadla xəbər verir ki, ABŞ 17 ildən sonra ilk dəfə Böyük Britaniyada nüvə bombaları yerləşdirib. Bu barədə **UK Defence Journal** nəşri məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, bir neçə ədəd **B61-12** tipli termonüvə bombası Britaniyanın Saffolk bölgəsində yerləşən Kral Hərbi Hava Qüvvələrinə məxsus **Lakenheath** hərbi hava bazasına köçürülüb.

Həmin baza Soyuq Müharibə dövründə ABŞ silahlarının saxlandığı yer olub, lakin 2008-ci ildə Avropada silahların azaldılması çərçivəsində həmin silahlar oradan çıxarılmışdı. Məqalədə vurğulanır ki, nüvə bombalarının Lakenheath bazasına geri qaytarılması NATO-nun Avropadakı nüvə strategiyasında dəyişiklik olduğunu göstərir. Bu addım Rusiya ilə münasibətlərin pisləşməsi fonunda atılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью