“ABŞ bu tarixdən etibarən Ukraynaya yardımı kəsəcək”

11.06.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hazırkı Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğu üçün 2026-cı ildə Kiyevə yardımı dayandıracaq”.

Missiya.Az “The Independent”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset məlumat verib.

"Bu administrasiyanın Ukraynadakı münaqişəyə çox fərqli baxışı var. Biz inanırıq ki, sülh və danışıqlar yolu ilə həll hər iki tərəfin maraqlarına uyğundur", - deyə siyasətçi bildirib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью