ABŞ bu yay elektrik enerjisinin verilişində böyük fasilələrlə üzləşə bilər | Icma.az
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ bu ilin yayında elektrik enerjisinin verilişində uzun fasilələrlə üzləşə bilər.Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin daxili işlər naziri, enerji dominantlığı üzrə Milli Şuranın rəhbəri Duqlas Burqum deyib."ABŞ Prezidenti Donald Tramp elə ilk gün enerji sektorunda fövqəladə vəziyyət elan edib.
ABŞ-də elektrik enerjisi istehsalı böyük problemlərlə üzləşib. Biz İspaniyada baş verənləri gördük.
Həmin problem bu yay bizdə baş verə bilər, çünki keçmiş prezident Cozef Baydenin administrasiyası enerji sistemimiz üçün təhlükə yaradıb", - Burqum söyləyib.Bundan əvvəl aprelin 28-də İspaniyada elektrik enerjisinin verilişində kütləvi fasilələr qeydə alınıb.
Bu, ölkə tarixində ən böyük fasilədir. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu