ABŞ buna görə nüvə obyektlərini hədəf aldı Heqset

22.06.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyat bu ölkənin nüvə ambisiyalarına qarşı yönəlib.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Pit Heqset mətbuat konfransında deyib.

"Əməliyyat çərçivəsində İranın üç əsas nüvə obyektinə zərbələr endirilib. Əməliyyat nə İran qoşunlarını, nə də İran xalqını hədəf alıb. Birləşmiş Ştatlar müharibə istəmir, lakin xalqımızın, tərəfdaşlarımızın və maraqlarımızın təhlükə altında olduğu hallarda sürətli və qətiyyətli cavab verəcəyik,” – deyə nazir bildirib.

O əlavə edib ki, prezident Trampın mövqeyi aydındır:

“Nüvə silahına yer yoxdur. O, sülh istəyir və İran da bu yolu seçməlidir"

Aygün,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью