ABŞ bunu istədi, biz də etdik Pezeşkiandan ETİRAF

21.06.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

“Tehran və Vaşinqton arasında əldə olunan razılaşmanın müddəaları İranın maraqları ilə tam uyğunluq təşkil edir. Bu prosesin nəticələri yaxın zamanda görünəcək”.

Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Əvvəlki mərhələlərdə ABŞ tərəfi İranın bəzi tələblərinə qarşı çıxsa da, son açıqlamalarda bu məsələlərin Tehran xalqının hüququ kimi qəbul edildiyi görünür.

Qətərdə dondurulduğu bildirilən vəsaitlərin geri qaytarılması da gündəmdədir.

Bu danışıqlardan ən çox narazı tərəf İsrail rəhbərliyidir”.

Pezeşkian qeyd edib ki, Vaşinqtonun yeganə tələbi İranın nüvə silahına sahib olmamasıdır:

“Bu, Ali Rəhbərin də dəfələrlə bəyan etdiyi mövqedir. ABŞ sadəcə olaraq bunu yazıb imzalamağımızı istədi, biz də imzaladıq”./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью