ABŞ buraxılmayan somalili hakimi Kanadaya dəvət etdilər

10.06.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kanadanın ən böyük əyalətlərindən biri olan Britaniya Kolumbiyasının Baş naziri Devid Ebi, ABŞ-a girişi rədd edilən somalili hakim Ömər Artanı qəbul etməyə hazır olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib: "Qoy Vankuverdəki oyunları idarə etsin".

Xatırladaq ki, somalili ədalət təmsilçisi FİFA tərəfindən DÇ-2026-nı idarə edəcək hakimlər siyahısına daxil edilmişdi. Lakin heç bir səbəb göstərilmədən Mayami hava limanında onun ölkəyə girişinə icazə verilməyib.

Qeyd edək ki, Britaniya Kolumbiyası DÇ-2026-da yeddi oyununa ev sahibliyi edəcək. Hamısı Vankuverdəki "Bİ-Si Pleys" stadionuda oynanılacaq: Avstraliya - Türkiyə (13 iyun), Kanada - Qətər (18 iyun), Yeni Zelandiya - Misir (21 iyun), İsveçrə - Kanada (24 iyun), Yeni Zelandiya - Belçika (26 iyun) və 2 və 7 iyulda iki pley-off oyunu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью