ABŞ Çabaharda müşahidə qülləsini məhv etdi

17.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ ordusu Çabahar şəhərinin limanında müşahidə qülləsini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"İyulun 16-da ABŞ qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərini izləmək və hədəfə almaq üçün onilliklər ərzində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadə edilən, İranın Oman körfəzi sahilləri boyu dəniz müşahidə sisteminin bir hissəsi olan Çabahar limanının müşahidə qülləsini uğurla məhv edib. Qüllənin məhv edilməsi SEPAH-ın günahsız mülki heyət üzvlərinə hücumları koordinasiya etmək qabiliyyətini birbaşa azaldır", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью