ABŞ çağırış etdi: Bakı və İrəvan üçün hazırıq

03.01.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vaşinqton İrəvan və Bakı arasındakı sülh prosesində irəliləyişin təmin olunması üçün tərəflərlə istənilən formatda işləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Departamentin açıqlamasında Ağ Evin Cənubi Qafqazda sülhü dəstəklədiyi qeyd olunub:

“ABŞ regionda təhlükəsizlik və firəvanlığın təmin edilməsi üçün vacib olan davamlı sülhün əldə edilməsi istiqamətində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir. Biz hər iki tərəflə istənilən formatda işləməyə hazırıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью