ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

07.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub.

“Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tərk etməlidirlər. Əsassız həbs riski və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Rusiyaya səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına bu səfərdən çəkinmələri bir daha ciddi şəkildə tövsiyə olunur”, - məlumatda bildirilib.

Səfirlik vəziyyəti yaxından izlədiyini, lakin ABŞ hökumətinin Rusiya daxilində, xüsusilə də Moskvadan kənarda öz vətəndaşlarına yardım göstərmək imkanının məhdud olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью