Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ Dövlət Departamenti konservativ ictimai fəal Çarli Kirkə edilən hücumu sosial şəbəkələrdə alqışlayan azı altı xarici vətəndaşın vizasını ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə qurum “X” platformasındakı rəsmi hesabında məlumat yayıb.
Açıqlamada bildirilib ki, ABŞ belə şəxsləri qəbul etmək məcburiyyətində deyil və “amerikalılara qarşı hücumları dəstəkləyənlər” barədə tədbirlər görülür. Paylaşıma, hücumu təqdir edən paylaşımların ekran görüntüləri də əlavə edilib. Həmin şəxslər arasında Argentina və Almaniya vətəndaşlarının olduğu qeyd olunub.
Nuriyyə NATİQQIZI