ABŞ Cenevrədə Ukrayna ilə razılaşdırılmış Trampın yeni planını Rusiyaya çatdırıb Kreml

28.11.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Cenevrədə keçirilən danışıqlar zamanı Ukrayna tərəfi ilə razılaşdırılmış ABŞ prezidenti Donald Trampın planının parametrlərini Rusiyaya təhvil verib; onlar gələn həftə müzakirə olunacaq.

Bizimyol.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu brifinqdə açıqlayıb.

"Bəli. Gələn həftə Moskvada danışıqlar olacaq", - deyə Peskov jurnalistlərin Rusiya prezidenti Vladimir Putinin açıqlamaları ilə bağlı şərh vermək istəklərinə cavab olaraq bildirib.

Bir gün əvvəl Putin mətbuat konfransında ABŞ-ın Ukrayna planının gələcək razılaşmalar üçün əsas təşkil edə biləcəyini bildirmişdi. O, həmçinin Amerika nümayəndə heyətinin gələn həftə Moskvaya gələcəyini açıqlayıb.

26 noyabrda Peskov Moskvanın gələn həftə ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkovu qəbul etməyə hazırlaşdığını bildirmişdi. Daha əvvəl Kreml Vitkov və Uşakov arasında sızdırılan söhbəti şişirdilmiş adlandırmışdı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью