Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Amerika Birləşmiş Ştatları, Koreya Respublikası və Yaponiya Arktikada naviqasiya və mineral hasilatı sahələrində əməkdaşlıq sistemi yaratmaq niyyətindədirlər.
Bakıvaxtı.az "Yomiuri" qəzetinə istinadən xəbər verir ki, üç ölkənin xarici işlər nazirləri tərəfindən Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək görüşdə imzalanacaq müvafiq sənədin hazırlanması başa çatmaq üzrədir.
Sənəddə Arktika Okeanı zonasında əməkdaşlığın üç ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğu qeyd olunacaq.
Bundan başqa, Yaponiya tərəfdaşlarına Antarktidaya çoxsaylı ekspedisiyalar zamanı qazandığı buzqıran tikinti texnologiyalarını və qütb bölgələrindəki təcrübəsini təklif etmək niyyətindədir. Tokio həmçinin 2026-cı ildən etibarən Arktika sularında "Mirai-2" tədqiqat buzqıran gəmisinin istismarına başlaya bilər. Gəmi Şimal Buzlu Okeanında naviqasiyanı təmin etmək məqsədilə meteoroloji və okeanoqrafik tədqiqatlar aparacaq.
Gülşən Şərif