ABŞ çətiri altında əzələ nümayişi?

15.01.2025

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanla ABŞ arasında imzalanan strateji əməkdaşlıq haqqında sənəd İrəvanın Rusiya təhlkəsindən sığortalanmaq cəhdidir”.

Bunu Moderator.az-a açıqlmasında politoloq Qabil Hüseynli bildirib. Bununla yanaşı, ekspert qeyd edib ki, bu sənəd Azərbaycanın da maraqlarına cavab vermir:

“Ermənistan Rusiyadan qorxur və bu səbədən də ABŞ-ın çətiri altında daldalanmağa çalışır. Eyni zamanda, gələcəkdə Avropa Birliyinə çıxmaq üçün bundan tranpilin kimi yararlanmağa çalışır.

Bununla yanaşı, bu, həm də Azərbaycana qarşı əzələ nümayişidir. Hesab edirəm ki, məlum əməkdaşlıq sazişi  Rusiya əleyhinə olsa da, Azərbaycan üçün də zərərli bir addımdır”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью