ABŞ Cəvf və Sənaya hava zərbələri endirib

02.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Husilərə məxsus Əl-Məsirə televiziyasında yayımlanan xəbərdə ABŞ-nin Cəvfin “Hab və Şaaf” bölgələrinə 4 hava hücumu təşkil etdiyi bildirilib.

Paytaxt Sənanın Həmədan bölgəsinə də hava hücumu təşkil edildiyi qeyd olunub.
Xəbərdə hücumlarla bağlı hər hansı təfərrüat verilməyib.

Qeyd edək ki, husilər ABŞ-nin dünən axşam saatlarında Saada şəhəri ətrafında 5 hava hücumu təşkil etdiyini açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью