ABŞ Ciddədə Ukrayna ilə danışıqların nəticələri barədə Rusiyanı məlumatlandıracaq

11.03.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

“ABŞ Səudiyyə Ərəbistanında Ukrayna ilə danışıqların nəticələri barədə Rusiyanı məlumatlandıracaq”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

“Əlbəttə, ABŞ Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə həlli yollarının tapılması baxımından təşəbbüs göstərən ölkə kimi bu gün Ciddədə ukraynalılarla təmaslardan sonra nəticələr barədə Rusiya tərəfini məlumatlandıracaq”, - deyə siyasətçi bildirib.

Peskovun sözlərinə görə, Vaşinqtonun belə bir addım atması normal təcrübədir.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью