Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Pekin on ildir qızıl ehtiyatlarını artırır və indi ehtiyatların həcmi böyük ehtimalla d
Metalın qiymətindəki kəskin artım bu strategiyaya əlavə güc verir.
Çərşənbə günü qızıl ilk dəfə unsiya başına 4000 dolları keçdi (hazırda isə 4200$ keçib).
Bu sıçrayışa qismən Donald Trampın daxili və xarici siyasətindəki qeyri-müəyyənlik də təsir edib.Qızılın rekord bahalaşması Çinin Trampa və dollara meydan oxumağına şərait yaradırmı?
Qızılın bahalaşması ABŞ Çin və Rusiyanın iqtisadi siyasi vəziyyətinə necə təsir edir?
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qızılın bahalaşmasında iki əsas fakt var: “Birincisi odur ki, Rusiyaya qarşı sanksiyalar qoyulub.
Bu da Rusiyanın qızıl ixracının qarşısını alır. Rusiya beynəlxalq qızıl bazarını təchiz edən əsas ölkələrdən biri idi.
Bu gün Rusiyanın qızıl sata bilməməsi, ixrac edə bilməməsi beynəlxalq bazarda qızıl qıtlığı yaradır və qızılın qiymətinin artmasına səbəb olur.