ABŞ Çin mallarına rüsumları 50% ə endirə bilər

09.05.2025

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tramp administrasiyası Pekinlə ticarət danışıqları ərəfəsində Çin idxalına tətbiq edilən tarifləri 145%-dən 50-54%-ə endirmək planını nəzərdən keçirir.

Bu barədə The New York Post yazır.

Məqalədə deyilir: “Tramp administrasiyası Çin mallarına tətbiq edilən tarifləri indiki 145%-dən 50-54%-ə qədər kəskin azaltmaq planını nəzərdən keçirir”.

Qərarın gələn həftə İsveçrədə ABŞ və Çin arasında yüksək səviyyəli danışıqların başlandığı vaxt verilə biləcəyi vurğulanır.

Trump daha əvvəl Pekinin ticarət sahəsindəki hərəkətlərinə görə Çinə qarşı “bir az qisas almağı” düşündüyünü söylədi.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью