Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır. Vaşinqton Çin mallarına qarşı tətbiq etdiyi rüsumları azalda bilər.
Ancaq bunun üçün Pekinin nadir torpaq metalları ilə bağlı mövqeyini dəyişməsi və ABŞ-dan aldığı soya məhsullarının əvvəlki həcmini bərpa etməsi lazımdır.
TASS agentliyinin məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
ABŞ lideri Floridadan Vaşinqtona qayıdarkən təyyarəsinin göyərtəsində bildirib: “Onlar bizə rüsumlara görə böyük məbləğlər, kifayət qədər böyük vəsaitlər ödəyirlər.
Onlar yəqin ki, bu məbləğlərin azaldılmasını istərdilər. Biz də bunun üzərində işləyəcəyik. Amma onlar da bizə nəsə verməlidirlər”.
Tramp qeyd edib ki, Koreya Respublikasında gözlənilən ATES sammiti çərçivəsində Çin sədri Si Cinpinlə planlaşdırılan ikitərəfli görüş zamanı bu məsələni müzakirə edəcək.
“İstədiyim şeylərdən biri Çinin soya məhsullarımızı almasıdır. Mən Çinin bizimlə oyunu dayandırmasını istəyirəm. Bu, tamamilə normaldır.
Onların bizimlə nadir torpaq metalları oyunları oynamasını istəmirəm.