ABŞ Çin rəsmilərinə viza sanksiyaları tətbiq edəcək

01.04.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ administrasiyası xarici vətəndaşların, o cümlədən diplomatların və jurnalistlərin Tibet Muxtar Bölgəsinin ərazisinə girişinə qoyulan məhdudiyyətlər səbəbilə Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

“Bu gün mən Tibet ərazilərinə xaricilərin girişi illə bağlı siyasətin işlənib hazırlanması və ya həyata keçirilməsində mühüm rol oynadığı aşkar edilən Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm”, - bəyanatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью