Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bloomberg"in yaydığı məlumata görə, Çin "Google"yə qarşı araşdırmalara başlayıb və bir sıra Amerika mallarına tariflər tətbiq edib.
BMT: ABŞ-nin tarifləri qlobal iqtisadi problemlərə təsir edəcək Belə ki, Çin Maliyyə Nazirliyi ABŞ-dən kömür və mayeləşdirilmiş təbii qaza 15 faiz, neft və kənd təsərrüfatı avadanlıqlarına isə 10 faiz rüsum tətbiq etdiyini açıqlayıb.
Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının bəyanatına görə, Çin ABŞ-nin texnologiya nəhəngi "Google"yi də antiinhisar pozuntularına görə təhqiq edəcək.
Bundan öncə BMT rəsmiləri ABŞ-nin Çin ilə yanaşı Meksika və Kanadaya tətbiq etdiyi yeni rüsumların mümkün iqtisadi nəticələrindən narahatlıqlarını ifadə etmişdilər. Beynəlxalq təşkilatın saytında yayılan məlumata görə, BMT sözçüsü Stefan Dujarrik dünyanı yeni iqtisadi çətinliklərlə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, bu cür tədbirlər xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi problemləri daha da pisləşdirə bilər.
Tural Tağıyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. BMT: ABŞ-nin tarifləri qlobal iqtisadi problemlərə təsir edəcək Belə ki, Çin Maliyyə Nazirliyi ABŞ-dən kömür və mayeləşdirilmiş təbii qaza 15 faiz, neft və kənd təsərrüfatı avadanlıqlarına isə 10 faiz rüsum tətbiq etdiyini açıqlayıb.