Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ, Çin, Rusiya üçbucağı mövcud deyil. Sadəcə olaraq, ABŞ, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olan 5 dövlətdən 3-dür. Fransa və Britaniya ilə birlikdə. Ona görə də onların statusu və dünyada oynadığı aparıcılıq müxtəlif münaqişələrin həllinə təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, biz bunu Azərbaycanın torpaqları işğal olunduğu müddətdə açıq şəkildə gördük: "Burada əsas oyunçu Rusiya və Fransa oynayırdı və hər 3 dövlətin işğalın müddətinin uzanmasında rolu olmuşdur.
Sonrakı mərhələdə Azərbaycanın apardığı siyasət nəticəsində və qətiyyətli mövqeyi nəticəsində torpaqlar azad olundu. Dünyanın müxtəlif bölgələrindəki münaqişələrdə də ABŞ, Çin və Rusiyanın bu və digər tərəfin mövqeyini tutması həmin prosesin, yeni qarşıdurmanın həllini ləngidir.
Məsələn, Rusiya-Ukrayna müharibəsində Çinin Rusiyanı dəstəkləməsi və Çinin ətrafında olan qüvvələrin Rusiyanı dəstəkləməsi, onu silah-sursatla, canlı qüvvə ilə təchiz etməsi Ukrayna müharibəsinin, Ukrayna torpaqlarının işğalının hələ də nəticələnməsinə və münaqişənin həlli müddətinin uzanmasına, yaxud kəsilməməsinə səbəb olur.
Yaxud Kəşmir əyaləti ilə bağlı məsələ də yenə güclərin tutduğu tərəfli mövqe səbəbindən həll edilməmiş qalır. Yaxud Fələstinin tanınması məsələsi də buraya şamil edilə bilər. Odur ki, güclərin mövqeyi müxtəlif münaqişələrin həllinə təsir edici gücə malikdir və bəzən həmin münaqişələrin süni şəkildə yaradılmasında bu güclərin bu və başqa şəkildə rolu yox deyil".