Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Çində dəniz terminalı işlədən bir şirkətə İran neftini idxal etdiyinə görə sanksiyalar tətbiq edib.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.
Onun sözlərinə görə, "Qindao Haiye Oil Terminal Co". və onun prezidenti ABŞ-nin qara siyahısına əlavə edilib. ABŞ Dövlət Departamentinin məlumatına görə, şirkət İrandan sanksiya altında olan on milyonlarla barel xam nefti idxal edib. Bununla da Tehran milyardlarla dollar qazanıb.