ABŞ Çinə çatmaq və onu ötmək əzmindədir

17.11.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, aparıcı Driskolldan Vaşinqtonun yaxın 2-3 ildə Pentaqon üçün bir milyon pilotsuz təyyarə almaq planlarını şərh və bu sahədə Pekinlə rəqabəti qiymətləndirməyi xahiş edib.
Nazirin sözlərinə görə, son onilliklərdə Birləşmiş Ştatlar silah istehsalının tamamilə özəl şirkətlərə və ya Amerika hərbi-sənaye kompleksinin müəssisələrinin ixtiyarına buraxılması kimi “yanlış yanaşma” tətbiq edib.
“Pilotsuz təyyarələrlə bağlı biz fərqli yanaşma sərgiləyəcəyik. Çünki Ukraynaya baxsanız, onlar ildə 4 milyon pilotsuz uçan aparat istehsal edir, Çin isə, məncə, hər il 12-14 milyon pilotsuz təyyarə istehsal edir. Biz bir ölkə olaraq bu məsələdə özəl sektorun dəstəyini almalıyıq”, - Denil Driskoll vurğulayıb.
Nazir: “Ordu Trampın əmrini gözləyir” O, bildirib ki, Quru qoşunları dronlar üçün komponentləri öz bazasında istehsal etmək niyyətindədir, özəl şirkətlər isə onları alacaq.
- Beləliklə, biz və özəl tərəfdaşlarımız pilotsuz təyyarələr istehsal edəcəyik. Biz inanılmaz tezliklə Çinə çatacaq və onu ötəcəyik”, - nazir iddia edib.
Yeri gəlmişkən, Deniel Driksoll bu müsahibədə ABŞ prezidentinin və Pentaqonun rəhbərinin müvafiq göstərişi əsasında, Quru qoşunların Venesuelaya girməsinə hazır olduğunu da diqqətə çatdırıb.
Xatırladaq ki, iyunun əvvəlində ABŞ prezidenti Donald Tramp Federal Aviasiya Administrasiyasına pilotsuz uçan aparatların (PUA) istehsalını və ixracını artırmaq üçün Amerika texnologiyalarının işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirməyi əmr edən sərəncam imzalayıb.
“Pentaqonun rəhbəri Pit Heqset Rusiya və Çini geridə qoymağa çalışaraq pilotsuz təyyarələrin istehsalı və yerləşdirilməsinin sürətləndirilməsini tələb edib. Tramp isə dəfələrlə vurğulayıb ki, ABŞ ordusu Ukraynada dronlardan istifadə təcrübəsini öyrənir”, - iyul ayında “Fox News” telekanalı bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью