ABŞ Çinlə danışıqlarda Rusiya və İrandan neft alışı məsələsini qaldıra bilər

21.07.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinlə danışıqların növbəti raundunda Rusiya və İrandan neft alışı məsələsi qaldırıla bilər.

APA xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skot Bessent deyib.

“Düşünürəm ki, ticarətimiz yaxşıdır. Buna görə də, başqa şeylər haqqında danışmağa başlaya bilərik. Təəssüf ki, çinlilər sanksiyaya məruz qalmış İran və Rusiya neftinin əsas alıcılarıdır. Bu haqda müzakirələr apara bilərik”, - nazir bildirib.

Bessent Rusiya neftini alan ölkələrin sanksiyalara məruz qalacağı ilə bağlı xəbərdarlıq edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью