ABŞ Çinlə nadir metallara dair sazişi təsdiqləyib

27.06.2025

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton Çinlə ticarətə dair sazişi təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında məlumat versə də, təfərrüatı açıqlamayıb.

Ağ Evin məsul şəxsləri mediaya bildiriblər ki, Çinlə ticarət əlaqələrində ciddi irəliləyiş qeydə alınıb. Hər 2 tərəf nadir metalların ABŞ-a ixracının sürətləndirilməsinə dair sazişi ratifikasiya edib.

Qeyd olunub ki, iyunun ortalarında Londonda keçirilən ABŞ-Çin danışıqlarının əsas mövzusu nadir metallar olub. Çin bu maddələrin əsas istehsalçısıdır. ABŞ-ın raket, kosmik və elektronika sənayesi bu məhsullardan çox ciddi şəkildə asılıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью