ABŞ Çinlə potensial münaqişənin qarşısını almaq istəyir

24.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ Administrasiyası Çinlə potensial silahlı münaqişənin qarşısını almaq istəyir".

Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "The Free Press" portalına müsahibəsində bildirib.

"Biz Çinlə müharibənin qarşısını almaq istəyirik. Bunun üçün isə Pekinin ABŞ-yə qarşı müharibədə heç vaxt qalib gələ bilməyəcəyini başa düşməsini təmin edəcək qədər güclü olmalıyıq. Çinlə müharibə dəhşətli bir hadisə olardı", - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью