ABŞ Colani üçün təyin edilmiş mükafatı ləğv edəcək | Icma.az
Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birləşmiş Ştatlar Suriyada keçirilmiş görüşlərdən sonra "Hayat Təhrir əş-Şam" (HTŞ) silahlı qrupunun lideri Əbu Məhəmməd əl-Culani haqqında məlumat üçün nəzərdə tutulan 10 milyon dollarlıq mükafatı ləğv edəcək.Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ-nin Yaxın Şərq məsələləri üzrə dövlət katibinin köməkçisi Barbara Lif bildirib ki, Suriyadakı danışıqlar zamanı terrorçu qrupların ölkə daxilində və xaricində, o cümlədən ABŞ və onun regional müttəfiqləri üçün təhlükə yaratmaması məsələsi müzakirə olunub.
"Əl-Culani bu təhlükələrin qarşısını almaq üçün öhdəlik götürdüyünü bəyan edib.Danışıqlarımızın nəticəsi olaraq mən ona bildirdim ki, artıq 'Rewards for Justice' proqramı çərçivəsində mükafat təklif etməyəcəyik",- Barbara Lif vurğulayıb.
"Rewards for Justice" proqramı HTŞ liderinin tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar məbləğində mükafat təklif edirdi.www.anews.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu